Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı ölkəsinin Rusiyada baş verən hərbi çevrilişlə bağlı vəziyyətin sülh yolu ilə həlli üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Rusiyada baş verən son hadisələr müzakirə olunub.

Bundan əlavə, Prezident Ərdoğan bu vəziyyətdə sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini vurğulayıb: “Görüş zamanı vurğulanıb ki, heç kim Rusiyada baş verənlərdən öz xeyri üçün istifadə etməməlidir”.

***

Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

Putin həmkarını ölkədə hərbi qiyam fonunda yaranmış vəziyyət barədə məlumatlandırıb.

Türkiyə lideri Rusiya rəhbərliyinin addımlarına tam dəstək verdiyini bildirib.

.