Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Yenizaman-ın Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Dağıstanda terrorçuların cinayətkar hücumunu kəskin pisləyib, Rusiya xalqı ilə həmrəylik hisslərini bölüşdüyünü bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.

Vladimir Putin başsağlığı və ifadə edilən dəstəyə görə təşəkkür edib. Liderlər terrorla mübarizə sahəsində fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də daxil olmaqla, gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.

 

***

15:59

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Dağıstanda baş vermiş terror aktlarını müzakirə ediblər.

Ərdoğan Putinə başsağlığı verib.

.