Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri planlaşdırılıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Türkiyə Prezidenti deyib ki, Putinin martın 5-də İstanbula gəlməsi gözlənilir.

"Səfər çərçivəsində onunla iki və dördtərəfli görüşlərimiz olacaq”, - deyə o əlavə edib.
.