Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə Ankaranın Əfqanıstan və Pakistan arasında barışığın təmin edilməsi üçün yaradılan mexanizmə töhfə verməyə hazır olduğunu bildirib.
Türkiyə liderinin dəftərxanası verdiyi məlumata görə, görüş Aşqabadda keçirilən beynəlxalq sülh və etimad forumu çərçivəsində baş tutub.
Görüş zamanı onlar, həmçinin Türkiyə və Pakistan arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər. "Rəcəb Tayyib Ərdoğan Türkiyə və Pakistan arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş işlər barədə məlumat verib. O, qarşıdakı dövrdə atılacaq addımlar vasitəsilə iki ölkə arasında energetika, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə istəyi qeyd edib", - məlumatda bildirilib.
.
