Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya 5-dən böyükdür" fikrinin 13 ildir gündəmdə qaldığını bəyan edib.
Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxış edən Türkiyə lideri dünyada güc mərkəzlərinin üstünlük təşkil etdiyi bir sistemin formalaşdığını və bunun ədalətsiz olduğunu düşündüyünü bildirib.
O qeyd edib ki, bölgədə davam edən müharibələr regionu "barıt qoxusuna" çevirib və bu vəziyyət ciddi narahatlıq doğurur:
"Pakistan Prezidenti Şahbaz Şərifin təşəbbüsü ilə əldə olunan atəşkəsdən çox məmnunuq. Münaqişələrin həllində silahlar deyil, danışıqlar əsas rol oynamalıdır. Sülhə aparan yol dialoq və diplomatiyadan keçir".
.
