“Akkuyu” Atom Elektrik Stansiyası (AES) Rusiya-Türkiyə əməkdaşlığının simvollarından biridir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” AES-in 3-cü blokunun təməlqoyma mərasimində çıxışı zamanı deyib. 

“Rusiya-Türkiyə dialoqunun nəticələrini ikitərəfli əlaqələrdə, habelə bölgədə - Liviyadan Dağlıq Qarabağa, Suriyaya qədər bir çox sahədə görürük. Qarşıdakı dövrdə bu əlaqələri inkişaf etdirməkdə qətiyyətliyik”, - deyə Ərdoğan vurğulayıb.

.