Türkiyəli müğənni Gülbən Ərgənin boşanmasına keçmiş həyat yoldaşı, "Anadolu atəşi” rəqs qrupunun rəhbəri Mustafa Ərdoğan münasibət bildirib.

Axar.az xəbər verir ki, o, mətbuata açıqlamasında Gülbən Ərgənin xoşbəxt olmasını istədiyini deyib:

"Gülbən uşaqlarımın anasıdır. Qərarına hörmət edirəm. Xoşbəxt olmasını istəyirəm”.

O, jurnalistlərin "Gülbən xanımın sizinlə görüşdüyü üçün ərindən boşandığı deyilir, doğrudurmu” sualını isə "elə bir şey yoxdur”, - deyə, cavablandırıb.

Qeyd edək ki, Gülbən Ərgən ikinci həyat yoldaşı jurnalist Ərhan Çeliklə boşanmaq ərəfəsindədir.
.