"Çox açıq danışıram. Əgər müxalifətin başındakı şəxs düzgün adamdırsa, o zaman mən sabah İğdır və Ərzurumda olacağam. Qoy gəlsin, prezident sarayını gəzsin. Görək hansısa bir yerdə qızıl işləmə tapa biləcəkmi?".
Oxu.az xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan onu prezident sarayında qızıl işləmələrə yer ayırmaqda ittiham edən müxalifətçi "Cümhuriyyet Halk Partisinin” (CHP) lideri Kemal Kılıçdaroğluna müraciət edərək bildirib.
Ərdoğan müxalifət liderinə müraciət edib: "Əgər belə bir şey tapa bilməzsə, o zaman vəzifəsindən gedəcəkmi? Əgər prezident sarayında qızıl işləmələrlə bir şey taparsa, o zaman mən prezident vəzifəsindən istefa verəcəyəm.
Bunu dövlətin televiziyasından bəyan edirəm. Siyasət namusla həyata keçirilir.
Tapdığı təqdirdə dövlət başçısı vəzifəsindən istefa verəcəyəm. Yox tapa bilməzsə, özü CHP-dən gedəcəkmi? Bütün yazılı və görüntülü media bu məsələni izləməlidir. Yalan bunların hüceyrələrinə işləyib. İftira ayaq tutmasa da, iz buraxır”.

.