Türkiyə tezliklə İraqın şimalında PKK yaraqlılarına qarşı 2019-cu ildən davam edən “Pəncə-Kilid” əməliyyatını, həmçinin Suriyanın şimalındakı ərazilərdə təhlükəsizlik kəmərinin yaradılmasını başa çatdırmağı planlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimində deyib.

“Terror təşkilatına ciddi zərbələr vururuq. Yaxın vaxtlarda İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsindəki qalan boşluğu da bağlayacağıq. Həmçinin təhlükəsizlik kəmərindəki çatışmayan halqaları da bağlayacağıq. Suriya və İraqdakı terror təşkilatı tamamilə tələyə düşüb”, – Ərdoğan qeyd edib.

.