Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu gün İordaniyaya rəsmi səfərə gedib.
Bu barədə RİA Novosti xəbər yayıb.
Ərdoğan İordaniyaya səfəri çərçivəsində kral Abdullah ilə bir araya gələcək. Görüş zamanı İki ölkə arasındakı əlaqələr başda olmaqla, İsrail-Fələstin münaqişəsi, Suriyada cərəyan edən proseslər, İraq Kürd Regional Rəhbərliyində sentyabr ayında təşkil ediləcək referendum mövzusu və Körfəzdə yaşanan böhran müzakirə ediləcək.
Türkiyə-İordaniya əlaqələrinin 70- ci il dönümünə tədasüf edən bir günlük səfər çərçivəsində turizm, sənaye və dəniz yolları ilə əlaqəli atılacaq addımlar da gündəmə daxil ediləcək.
Onu da qeyd edək ki, ötən ay Ərdoğan ilə Kral Abdullah arasında telefon danışığı baş tutmuşdu. Həmin görüşdə İsrailin Məscidi-i Əqsa ilə bağlı atdığı addımlara görə baş verən böhran barədə fikir mübadiləsi edilmişdi.
