
İlk fürsətdə ABŞ Prezidenti Donald Trampla üzbəüz görüşəcəyik.
Yenizaman "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan dönərkən təyyarədə mediaya açıqlaması zamanı deyib.
Türkiyə Prezidenti ABŞ ilə Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyinə inandığını bildirib: "Telefon danışığımız çox səmimi, məhsuldar və dostcasına keçdi. Onun Türkiyənin həssaslığını nəzərə alan rəftarını alqışlayırıq".
Ərdoğan əlavə edib ki, iki lider olaraq Suriya məsələsində də Amerika-Türkiyə münasibətlərinin müsbət məcrada sürətlənəcəyini düşünür.
.