HAMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabındaki paylaşımında deyilir.

“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.

O əlavə edib ki, Türkiyə Fələstinə bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək.

.