Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-dən dönüşdə təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, ŞKTC-nin beynəlxalq aləmdə məruz qaldığı haqsız təcridin aradan qaldırılması istiqamətində səyləri davam etdirirlər: "İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində ŞKTC-nin haq etdiyi yeri alması üçün gərəkəni edirik. Bu baxımdan Ersin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu. İnşaallah, önümüzdəki dövrdə bunu yeni addımlar təqib edəcək. 1974-cü ildə Barış Hərəkatı ilə qurduğumuz, 1983-cü ildə ŞKTC elanıyla əldə etdiklərimizi bütün dünyada tanınan Kipr Türk Dövləti ilə taclandıracağıq”.
 

.