Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.
"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq", - o qeyd edib.
Ərdoğan Türkiyə və Gürcüstanın bölgə ölkələri olaraq Cənubi Qafqazda sülh və sabitlik istiqamətində əməkdaşlığı davam etdirəcəyini deyib.
.