Azərbaycanəsilli məşhur türkiyəli sənətçi Tamer Karadağlıya yeni vəzifə verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Tamer Karadağlı Dövlət Teatrlarının baş direktoru təyin edilib.
Azərbaycanəsilli Tamer Karadağlı ilk dəfə 1993-cü ildə filmdə rol alıb. O, “Ferhunde hanımlar” serialı ilə məşhurlaşıb. Karadağlının ən yaddaqalan obrazı isə “Çocuklar duymasın” serialı ndakı “Haluk” olub.
O, həmçinin bir çox məşhur aktyorların da dublyajını edib.
.