Azərbaycan Ordusu qısa müddətdə həyata keçirdiyi antiterror tədbirlərində mülki şəxslərin hüquqlarına həssaslıq nümayiş etdirib.

Bunu Naxçıvanda mətbuata bəyanatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan Ordusunu həm tarixi uğuru, həm də mülki şəxslərə qarşı sərgilədiyi insani münasibətlə bağlı canı-könüldən təbrik edir:

"Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərib".

.