Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG terror təşkilatına verdiyi silahları müharibə bitdikdən sonra geri alacağına inanmadığını söyləyib.

Prezident bu sözləri "Fransa 24” telekanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ-ın dəstək verdiyi terror təşkilatları Türkiyə üçün təhdiddir:
"PYD və YPG təhlükəsi hər an Türkiyəni hədələyir. Bu iki qruplaşmadan biri PKK-nın siyasi, digəri isə terrorçu qoludur. Bu qruplaşmaların PKK ilə iş birliyi içində olduğunu sənədlərlə, sübutlarla isbat etmişik. Lakin dostumuz ABŞ bunu hələ də anlamaq istəmir”.
Ərdoğan ABŞ-ın bu silahları daha sonra geri alacağı iddiasının tamamilə yalan olduğunu və həmin silahların həmişəlik terrorçularda qalacağını da söyləyib.

.