"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm".

NTV verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, ağır şəkildə cəzalandırılacaq: "Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək”.
.