Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətlə çıxış edib və 15 iyul tarixində dövlət çevrilişinə edilən uğursuz cəhdə münasibətini bildirib.

Türkiyə prezidenti çıxışı zamanı dünya mediasına səslənib:

"Ey dünya mediası, sizə səslənirəm, bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm! ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə aldımı? Onunla reportaj hazırladımı? İndi ABŞ-da 400 kv.m ərazidə məskunlaşan biri - bir terrorçu, terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı bizim münasibətimiz necə isti ola bilər?".

.