
Moskva İsrailin baş naziri Binyamin Netanyahunun mesajını Tehrana çatdıraraq, İsrailin İranla müharibənin bərpasında maraqlı olmadığını bildirib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Üç-dörd gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və Netanyahu arasında telefon danışığı olub. Ertəsi gün Moskvadakı səfirimiz prezident administrasiyasından mesaj aldı ki, Netanyahu ölkəmizlə yeni müharibə istəmir", - XİN rəhbəri deyib.
.