İranın xarici işlər naziri Abbas Əraqçi ilə misirli həmkarı Bədr Abdel Ati şənbə gecəsi ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü ilə bağlı proseslər və bunun regional, beynəlxalq nəticələri ətrafında fikir mübadiləsi aparıblar.

Bu, A. Əraqçinin misirli həmkarı ilə telefon danışığı barədə öz "Telegram" kanalında bölüşdüyü məlumatda qeyd olunub.

"Bu telefon danışığında ABŞ ilə İsrailin İranın sənaye və istehsal infrastrukturuna, nüvə obyektlərinə, enerji və mülki hədəflərə hücumları barədə məlumat verilib", - Əraqçi qeyd edib və sülh üçün region ölkələrinin ABŞ ilə İsrailə yardım etməmək məsuliyyətini xatırladıb.

Misirin xarici işlər naziri müharibənin dayandırılmasına kömək etmək məqsədilə diplomatik imkanlardan istifadə etmək üçün səylərin davam etdirilməsinin vacibliyini qabardıb.

.