Bakıda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən tibb bacısı Xavər İbrahimova reanimasiya şöbəsində ölüb.
Bu barədə xəstəxanadan bildirilib.
Faktla bağlı araşdırma davam edir.
****
Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.
Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
