Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Farhan Al Saud Rusiya tərəfinin qarşıdakı "OPEC+” (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iclası zamanı neft hasilatının azaldılması məsələsində düzgün qərar verəcəyinə ümid edir.

Rusiya mətbuatı verdiyi məlumata görə, bu barədə Səudiyyə mətbuat agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, neft bazarlarında arzuolunan tarazlığı bərpa etmək məqsədi ilə ədalətli razılaşma əldə etmək üçün, keçiriləcək görüş zamanı Rusiya düzgün qərar verəcək.
.