Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos Azərbaycan idmançılarının da iştirak etdikləri III Avropa Oyunları ilə bağlı fikirlərini bildirib.

Yenizaman-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, S.Kapralos Polşada təşkil olunan yarışdan məmnunluğunu ifadə edib.

O, mötəbər turnirin idmançılar üçün uğurlu alındığını söyləyib: “Avropa Oyunlarının gedişi bizi müsbət mənada təəccübləndirdi. İlk gündən yarışlar rahat keçir. Xüsusən də, idmançılar burada xoşbəxtdirlər. Axı yarış məhz onlar üçün hazırlanıb. Qaldıqları yerdən, yedikləri yeməkdən razıdırlar. Eyni zamanda məkanların onlar üçün çox uzaq olmaması da ürəklərincədir. Yalnız rəsmilər üçün bir az əlverişsiz ola bilər. Çünki vaxtın çoxu səyahət etməklə keçir”.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

.