Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən yaxşı driblinqə malik 23 yaşadək futbolçuların reytinqini dərc edib.
Yenizaman qurumun saytına istinadən xəbər verir ki, araşdırma son 365 gün ərzində çıxış etdiyi çempionatda ən azı 1500 dəqiqə meydanda olmuş oyunçular arasında aparılıb.
Siyahıya İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisyus Junior başçılıq edir. Braziliyalı orta hesabla hər 15 dəqiqə 32 saniyədən bir uğurlu driblinq etməyi bacarıb. Bu isə 100 faizlik indekslə qiymətləndirilib.
Ümumilikdə ilk “100-lüy”ə 35 müxtəlif liqadan olan futbolçular düşüblər. İspaniya La Liqasının 11 iştirakçısı cədvəldə yer alıb ki, bu, ən yüksək göstəricidir.
100 oyunçu arasında Azərbaycan Premyer Liqasından heç kim yoxdur.
İlk “10-luq” belədir:
1. Vinisyus Junior (“Real Madrid”, İspaniya)
2. Angelo Qabriel (“Santos”, Braziliya)
3. Camal Musiala (“Bavariya”, Almaniya)
4. Məhəmməd Kudus (“Ayaks”, Niderland)
5. Rodriqo (“Real Madrid”, İspaniya)
6. Luis Enrike (“Betis”, İspaniya)
7. Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)
8. Fakundo Bunanotte (“Brayton”, İngiltərə)
9. Niko Uilyams (“Atletiko”, İspaniya)
10. Fil Foden (“Mançester Siti”, İngiltərə)
.