Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Yenizaman ilkin nəticələrə əsasən, xalqı parlamentdə təmsil edəcək ən yaşlı və ən gənc deputatların kimliyini araşdırıb.

Kiçik araşdırmadan sonra məlum olub ki, siyahıda yaşı 70-i ötmüş 16 qalib namizəd var. Onlara isə 84 yaşla Ziyad Səmədzadə başçılıq edir:

23 saylı Nəsimi-Səbail seçki dairəsi - Ziyad Səmədzadə 1940-cı il iyunun 25-də Bakı şəhərində dünyaya göz açıb. 

2 saylı Şərur-Kəngərli seçki dairəsi - Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. 

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi - Polad Bülbüloğlu 7 fevral 1945-ci ildə Bakıda doğulub.

67 saylı Sabirabad seçki dairəsi - Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olub.

86 saylı Ağcabədi seçki dairəsi - Tahir Rzayev 1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində dünyaya glib.

18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi - Rasim Musabəyov 1951-ci il yanvarın 1-də Bakı doğumludur.

28 saylı Sabunçu üçüncü seçki dairəsi - Eldar Quliyev 1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olub.

73 saylı Masallı-Cəlilabad seçki dairəsi - Fəzail İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində doğulub.

82 saylı İmişli-Saatlı seçki dairəsi - Səyyad Salahlı 15 yanvar 1952-ci ildə İmişlidə dünyaya göz açıb.

76 saylı Lənkəran-Masallı seçki dairəsi - Cavanşir Paşazadə 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində doğulub.

113 saylı Qax-Şəki seçki dairəsi - Əli Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub.

22 saylı Nəsimi-Yasamal seçki dairəsi - Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub.

25 saylı Nizami ikinci seçki dairəsi - Əli Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 

60 saylı Quba-Qusar seçki dairəsi - Anatoliy Rafailov 1953-cü il fevralın 5-də Bakı şəhərində dünyaya gəlib.

85 saylı Füzuli-Ağcabədi seçki dairəsi - Aqil Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olub.

101 saylı Samux-Şəmkir seçki dairəsi - Mübariz Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində doğulub.

Rəqiblərini geridə qoyaraq deputatlığa iddialı olan ən gənc namizəd isə 31 yaşlı Səbinə Xasayevadır:

11 saylı Binəqədi-Qaradağ seçki dairəsi Səbinə Xasayeva - 1993-cü il martın 30-da Bakı şəhərində doğulub.

35 saylı Xətai üçüncü seçki dairəsi - Pərvanə Vəliyeva 1990-cı il təvəllüdlüdür.

68 saylı Sabirabad-Şirvan seçki dairəsi - Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub.

103 saylı Şəmkir kənd seçki dairəsi - Nurlan Həsənov 3 fevral 1988-ci ildə Şəmkirdə doğulub.

83 saylı Beyləqan seçki dairəsi - Şahin İsmayılov 1986-cı il fevralın 7-də Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olub.

24 saylı Nizami birinci seçki dairəsi - Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində dünyaya gəlib.

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi - Anar Məmmədov 1984-cü il iyunun 21-də Bakı şəhərində anadan olub.

38 saylı Gəncə birinci seçki dairəsi - Naqif Həmzəyev 1983-cü il mayın 24-də Ermənistan Respublikası Vardenis rayonunun Nərimanlı kəndində doğulub. 

69 saylı Biləsuvar seçki dairəsi Bəhruz Məhərrəmov - 1983-cü il avqustun 22-də Zərdab rayonunun Ağabağı kəndində anadan olub.

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi Ülviyyə Həmzəyeva - 1982-ci il aprelin 30-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olub.

7 saylı Səbail seçki dairəsi Nigar Aradarai - 1982-ci il yanvarın 17-də Bakı şəhərində doğulub.

80 saylı Lerik-Astara seçki dairəsi Vasif Qafarov 1982-ci il yanvar ayının 25-də Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 

.