ABŞ və Perunun hüquq-mühafizə orqanları Limada əməliyyat keçirib.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 30 milyon saxta dollar, eləcə də 50 min saxta avro aşkar edilib.
Məlumata görə, bu məbləğdə saxta dolların aşkarlanması rekord rəqəm sayılır.
Axtarış-əməliyyat nəticəsində 48 nəfər həbs edilib.
"Sunset" ("Günəşin batması ") adlı bu əməliyyatda Perunun min beş yüz polis əməkdaşı iştirak edib. Axtarış üçün onların əlində 54 order olub.
.
