Dünyada elə faktlar var ki, bunu çoxları bilmir. SİA xarici KİV-ə istinadən dünyanın ən bahalı qəhvəsinin istehsalı ilə bağlı maraqlı məlumat əldə edib. Belə ki, kanadalı Blake Dinkin Taylandda saxladığı 20 fillə dünyanın ən bahalı kofesinin istehsalı ilə məşğul olur. "Black Ivory Coffee" adlanan qəhvənin istehsalı zamanı Bş Dinkin əvvəlcə müxtəlif meyvələri qarışdıraraq qəhvə çəyirdəkləri ilə birlikdə fillərə yedirdir. Sonra fillərin nəcislərini toplayaraq dünyanın ən bahalı qəhvəsini hazırlayır. .