Ağdam şəhərində görüləcək işlərin miqyası daha çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

"Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Daha 3 məhəllənin yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq.2025-ci ilin ortalarından başlayaraq Ağdam şəhərinə və onun ətraf kəndlərinə, Xıdırlı, Kəngərli, Sarıcalıya məskunlaşmanı həyata keçirə bilərik. Bunun ardınca digər kəndlər də gələcək, Arazxanbəyli, Salahlı, Kəngərli, Güllücə, bütün bu kəndlərin hamısı l Dövlət proqramında qoyulmuş vaxta uyğun olaraq tikilib təhvil veriləcək", - deyə Emin Hüseynov bildirib.

.