"Son dövrlərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət yaxşıdır, bu da dərsi bərpa etməyə imkan verir".

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, hamı dərslərin açılmasını istəyir: "Amma biz yalnız 2-4 həftə üçün proqnoz verə bilərik, sonrakı dövrdə necə olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də 2 həftə və ya 4 həftə sonra məktəb bağlanacaq kimi fikirlər səsləndirmək əsassız təşviş yaratmaqdır.

Növbəti mərhələdə 700 min şagird də əyani təhsilə cəlb ediləcək. Ümumilikdə tədrisə cəlb edilən şagird sayı 1 milyon 300 min olur". 

Təhsil naziri: "Hazırda distant dərslər bir həftəlik dayandırılıb"

"1-ci kurslar üçün oktyabrın 1-dən ali məktəblərdə tanışlıq həftəsi olacaq". 

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, digər kurs tələbələri ilə distant təhsil davam edir: "Distant dərslər hazırda bir həftəlik dayandırılıb, bununla bağlı da həll yolu araşdırılır".

Emin Əmrullayev: "Oktyabrın 1-dən Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətini bərpa edəcək"

“Uşaq bağçaları 15 sentyabrdan Bakı, Sumqayıt, Abşeron istisna olmaqla fəaliyyətini bərpa edib. 1 oktyabrdan bu yerlərdə də bağçalar fəaliyyətini bərpa edəcək”. 

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. 

O bildirib ki, burada distant qayğı ola bilməz, tədris həftədə 2 dəfə yox, 5 gün təşkil ediləcək. Bu, qrupdakı uşaqların sayından asılı həftədə 2 və ya 3 dəfə olacaq.


 

.