“Xaricdə təhsil proqramları çərçivəsində 19 ölkənin 105 ali təhsil müəssəsində 917 nəfər tibb təhsili alıb.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev TƏBİB-in təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev tibb təhsilinə hər zaman xüsusi diqqət yetirildiyini vurğulayıb:

“Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Burada bir neçə prinsip önəmlidir. Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı artırılmaqdadır”.

.