Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırmağa görə inzibati qaydada həbs edilmələri ilə bağlı məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bu iddiaların tamamilə əsassız olduğunu deyib.

DİN rəsmisi bildirib ki, Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqları üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub: "Həmin ərazidə də “sürpriz” partlayıcı və mina təhlükəsi var. Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır".

.