"İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında əlaqələndirmənin olmaması böyük fəlakətə gətirib çıxara bilər”.

 

Bunu COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov "İqlim Hərəkatı və media" mövzusunda panel müzakirəsində deyib.

 

O qeyd edib ki, COP29 çərçivəsində əsas məsələlərdən biri maliyyələşmə üzrə yeni modelin müəyyən olunmasıdır.

 

“Biz məqsədə nail olmasaq, onda heç nəyə nail ola bilməyəcəyik. Biz Azərbaycan olaraq müxtəlif tərəflərin bir araya gəlməsi üçün münbit platforma yaradacağıq. İndiyədək COP29-a hazırlıq çərçivəsində 13 fəaliyyət icra olunub. Noyabrın 11-dək bu istiqamətdə bir çox işlər və texniki məsələlər həll olunmalıdır. İqlim dəyişikliyinin maliyyələşməsindən başqa xüsusi fondun yaradılması, həyata keçirilməsi planlaşdırılan adaptasiya proqramları da buna daxildir. Burada fərqli maliyyə istiqamətləri nəzərə alınsa da, sözü gedən istiqamətdə bütün layihələrin icrasına dövlət maliyyəsinin də cəlb olunması önəmlidir. Məqsədlərə nail olmaq üçün bütün tərəflər fəallıq göstərməlidir. COP29-un nəticələri isə yekun sənəddə əks olunacaq. COP29-da mövzulardan biri 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin qorunub saxlanılmasından ibarətdir. Azərbaycan bu istiqamətdə müəyyən işlər görür. Azərbaycan hesab edir ki, yaşıl dəhlizlərin və alternativ enerji mənbələrinin yaradılması çox vacibdir. Bu gün bir sıra ölkələrin iqlim böhranı ilə üzləşməsinə səbəb olan hallardan biri su çatışmazlığıdır. Biz çalışırıq ki, COP29-un müzakirəsinə daha aktual milli və regional məsələləri müzakirəsinə nail olaq", - o deyib.

.