"Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrə böyük əhəmiyyət verir".

Bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib:

"Ölkəmizin islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci ildə ölkəmizdə "İslam Həmrəyliyi İli" çərçivəsində həyata keçirilən tədbirlər də müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verib".

 "Orta Dəhliz üzrə tranzit yükdaşımalarının həcmi ildən-ilə artır"

"Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yükdaşımalarının həcmi ildən-ilə artır".

Bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir;

"Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Sənaye zonaları, müasir nəqliyyat və rəqəmsal infrastruktur, insan kapitalı rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər üçün hazır platformalar təqdim edir".

.