Bu gün Gəncə şəhərində icra başçısı Elmar Vəliyevin təşəbbüsü ilə planlaşdırılan əmək yarmarkası təxirə salınıb.

AzNews.az xəbər verir ki, buna səbəb yarmarkaya gələnlərin çoxluğu və təklif olunan iş yerlərinin çoxunun formal xarakter daşıması olub.

Tədbirə 2 minə qədər insan toplaşıb və bu şəkildə əmək yarmarkası keçirilməsinə etiraz etməyə başlayıblar. Bundan sonra yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib və yerli əhali ilə polis arasında qarşıdurma olub və saxlanılanların olduğu bildirilir.
.