Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Kubokunun oyununa təyinat alıb.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası “Olimpiakos” və AEK komandaları arasındakı cavab matçını idarə edəcəklər.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

.