Azərbaycan Dövlət  Akademik Musiqili Teatrının Direktoru Əliqismət Lalayevin başqa işə keçirilməsi  və   teatrdan ayrılması xəbərini hər kəs çox  müəmmalı qarşıladı . Nə baş verir? Kifayət qədər teatr təcrübəsi olan , gözəl rejissor və teatr təşkilatçısı , Azərbaycan Respublikasının  və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi ,  ölkənin Fəxri Mədəniyyət İşçisi , sənətşünaslıq üzrə fəlsəfə doktoru , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq kafedrasının dosenti  , tələbələri tərəfindən hər zaman  sevilən , onların  hər birinə ata qaygısı ilə yanaşan Əliqismət müəllimin qurub- yaratdıgı , ölkənin birinci teatrına çevridiyi bir teatrdan  belə qəfildən ayrılması hər kəs üçün maraq dogurdugundan onunla  əlaqə saxlamaq qərarına gəldik .  Bir  həftəyə yaxın müddətdə  telefonlarımıza cavab verməyən sənətkarn çox kübar ,  görüntüsü ilə həmahəng səsləşən  səsini nəhayət ki , bu gün  dəstəyin o başından eşidə bidik : 

-Bəli  ,  buyurun .. . 

O   dəqiqə özümü təqdim etdim  və “Sizdən müsahibə götürmək istəyirəm “ - dedim . 

   O  isə müsahibə vermək istəmədiyini bildirdi   və dəstəkdən tanış gülüşü eşidildi  :  - Bircə onu deyə bilərəm ki , hər şey yaxşıdır  və inanlram ki daha yaxşı olacaq … 
 
Və təbii ki hər kəsi maraqlandıran suallarla  müsahibimə müraciət etdim :  

-  Əliqismət müəllim , deyirlər ki  siz öz xahişinizlə başqa işə keçmək istəmisiz , bu dogrudur  ?  Teatrın yeni  direktoru  Aqil Bəhramlı musiqili teatr kimi bir kollektivə rəhbərlik edə biləcəkmi ?  Axı musiqili teatr dram teatrdan   çox  fərqlidir ,     çoxsahəlidir  , həm də çox  böyükdür . 

Telefondan yenə də onun təbiətinə uygun həlim , mehriban səsi eşidildi : 

-Bu artiq geniş müsahibə oldu .  Bəri başdan  deyim ki ,öz xahişimlə başqa işə keçmək  istəyim dogrudur .  Bunun üçün müraciət etmişdim  cənab Nazirə , çox sag olsun  Adil Kərimli mənim xahişimi yerinə yetirdi . Və mən də çox razı qaldım.. 

Yeni direktor haqqlnda  isə onu deyə bilərəm  ki Aqil müəllimi  gənc vaxtlarından - Akademik Milli Dram Teatrında işlədiyi illərdən tanıyıram . Həmişə yaxşı münasibətimiz olub . Çox işgüzar , bacarıqlı insandır . Gəncə teatrı ölkənin aparıcı sənət ocaqlarındadndır . Aqil müəllimin  rəhbərlik etdiyi  bu tetr   bu gün  ən müxtəlif Beynəlxalq festivallara qatilir . Təbii ki gözəl səhnə əsərləri ilə . Bunun nə  demək oldugunu mən çox yaxşı bilirəm . Aqil müəllimə bizim dogma  teatrda da ugurlar arzulayıram . Və bilirəm ki , bu ,  belə də olacaq . 
-Bəs  sizin yeni iş yeriniz  bəllidirmi ? 

-  Düşünürəm ki hər şey yaxşılıga dogrudur və hər şey yaxşı olacaq .  Ondan nigaran deyiləm .. )))
  O  ,  “bir daha sağ olun “ deyib  telefonu qapatdı . 
 

Ustadın   hərzamankı kimi , qaygıkeşliklə   dolu səsi    qətiyyən dəyişməmişdi …

Əliqismət müəllim , biz sizi həmişə sevmişik və sevirik . Və mən bir şeyi demək isyəyirəm ki  sizin  bugünkü statusunuz  zatən  uzun illər  teatrda  işləməyinizlə baglı  deyil . Sizin   haqqınızda olan kitablardan ,  məqalələrdən bilirik ki , hələ gənclık illərinizdən -  Naxçıvan Mədəniyyət nazirliyində ,  Naxçıvan teatrında  rejissor , Salyan rayon  Mədəniyyət şöbəsinin müdiri ,  Mədəniyyət Nazırliyimdə İncəsənət baş idarəsinin rəisi işlədiyiniz vaxtlardan bəri  istedadınızla ,  işinizlə , əməyinizlə , zəhmətinizlə və ən əsası  insanlıgınızla  qazandıgınız   şəxsi statusunuzdur bu ,  peşəkarlıq  və  şəxsi imic  məsələsidir  bu .   Və  siz  hara getsəniz   hər kəsin sevimlisi olacaqsız ,  o imici özünüzlə  hər yerə  aparacaqsız  . Dogrudan da təki can saglıgı olsun .  
Siz demişkən , Hər şey yaxşılığa doğrudur və hər şey bundan sonra da gözəl olacaq!

G.Quliyeva

 

.