Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir.
Bunu Bakıda keçirilən təhlükəsizlik forumunda DTX-a rəisi Əli Nağıyev deyib.
DTX rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmayıb:
“Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir”.
.