Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.

Bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.

O qeyd edib ki, iqtisadi-ticari əlaqələr qarşılıqlı münasibətlərin əsas vektorudur.

“Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə əmtəə dövriyyəsi 31 % artaraq 4,7 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın xarici ticarət dövriyyəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 % təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 %-ə bərabər olub”, - deyə hökumət başçısı əlavə edib.

.