“Dövlət başçısının tapşırığına uyğun olaraq, azad edilmiş torpaqlarda 100 min hektara yaxın ərazidə əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyi təminatını artıracaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi yeni SES-lərin yaradılmasına şərait yaradacaq və bu, diqqətdə saxlanılacaq: “Qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq. Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək. Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi Prezidentin bütün tapşırıqlarının vaxtında və tam icrasını təmin edəcək. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir”.

Baş nazir: “Ordunun ən müasir silah və hərbi texnika ilə təminatı davam etdiriləcək”

“Ölkəmizin hərbi potensialı və müdafiə qabiliyyət gücləndirilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, alınmış hərbi texnikalar Vətən müharibəsində uğurla sınaqdan çıxıb və özünü doğruldub: “Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin edilməsi üzrə zəruri işlər davam etdirilir və etdiriləcək”.

Ə. Əsədov təşkilati-ştat strukturunun optimallaşdırıldığını da qeyd edib.

Baş nazir: “Azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar yeni dövrə qədəm qoyulub”

“İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, ANAMA-nın yenidən təşkili işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinin keyfiyyətcə yeni şəkildə təşkil edilməsindən xəbər verir: “Əsas vəzifə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Hazırda azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Bu mərhələdə əsas strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlara yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur”.

.