“Azərbaycan Cənubi Qafqazda koronavirusa qarşı vaksinasiyaya ilk başlayan ölkədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir ümid etdiyini bildirib ki, vaksinasiya prosesinin başladılması xəstəliyin azaldılmasında rol oynayacaq: “Hesabat ilində COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına, həmçinin, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin minimuma endirilməsi diqqət mərkəzində saxlanılıb. 2020-ci ildə pandemiya və xarici mühitin pisləşməsinə qarşı hökumətin gördüyü tədbirlər nəticəsində maksoiqtisadi sabitlik qorunub. Beynəlxalq konyukturanın əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları hesabat ilində nəinki azalmayıb, əksinə 0,2% (99,2 mln. ABŞ dolları) artaraq 51,2 mlrd. ABŞ dolları (Maliyyə Nazirliyinin xarici valyutada xəzinə hesabındakı vəsait nəzərə alınmaqla) təşkil etməklə ÜDM-i üstələyib. Ötən il bütün sosial ödənişlər vaxtında və tam həyata keçirilib”. 
 

.