“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qayda mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə
təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin (bundan
sonra – qiymətləndirilmə) aparılması qaydasını müəyyən edəcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydanın tələblərinə uyğun həyata keçiriləcək.

.