36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-in hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb.
Aznews.az xəbər verir ki, general təhlükəsizlik sistemində işə yararsız hesab edilib.
Qeyd edək ki, V.Allahquliyev 2015-ci il, martın 27-də general-mayor rütbəsi ilə təltif edilmişdi. 36 yaşlı general sabiq nazir Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır.
Bundan əlavə, Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.
.
