Azərbaycan dünyada baş verən mürəkkəb proseslər şəraitində qarşılıqlı əlaqə və əməkdaşlıq zərurətindən irəli gələrək BRİCS-ə rəsmi müraciət edib.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada keçirilən "Bulud şəhərləri. BRİCS şəhərlərinin gələcəyi haqqında forum" çərçivəsində "Gələcəyin xəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri və strategiyaları" plenar sessiyasında bildirib.

"Azərbaycan BRİCS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki planetdə mürəkkəb iqlim prosesləri gedir, bununla yanaşı, birlik və əməkdaşlıq prioritet məsələyə çevrilir", - o qeyd edib.

E.Əzizov Bakının sürətlə inkişaf etdiyini vurğulayıb: "Şəhər sürətlə inkişaf edir. Bakının inkişafı üçün çoxsaylı planlar var. Təkcə son 5 ildə 400-ə yaxın park sıfırdan bərpa edilib. Həmçinin, şəhərin yeni Baş planı qəbul edilib".

.