
Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına ölkəni tərk etmələri üçün 48 saat vaxt verib.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.
“Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşından 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib”, - Fransa XİN rəhbəri qeyd edib.
O bildirib ki, bu qərar Fransada üç Əlcəzair vətəndaşının həbsi ilə bağlıdır.
Nazir vurğulayıb ki, Əlcəzairin atdığı bu addım cavabsız qalmayacaq.