17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur.

Bu barədə Əlaqələndirmə Qərargahının iclasında bildirilib.

Qeyd olunub ki, mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.

İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.

.