ABŞ-ın eks-prezidenti Barak Obama ilə xanımı Mişel Obama gümüş toylarını qeyd ediblər.Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Obamalar ailə qurmalarının 25-ci ildönümünü keçiriblər. Keçmiş birinci xanım sosial şəbəkədə əri ilə toy fotolarını paylaşaraq yazıb:
"Toyumuzdan bir əsrin dörddə biri qədər vaxt keçib. Amma sən hələ də mənim ən yaxşı dostum, ən qeyri-adi adamsan. Səni sevirəm”.
Qeyd edək ki, Barakvə Mişel Obamanın Saşa, Maliya adlı 2 qızı var.

.
