Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalifətə keçəcəyi haqda şayiələr dolaşır. Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, Ohanyan müdafiə naziri postundan gedəndən sonra onun müxalifətə keçəcəyi istisna olunmur.

"Qrapark” qəzetinin yazdığına görə, onun "Şrdjadardz” partiyasına rəhbər gedəcəyi ehtimalı da var. Bu partiyanı Ermənistan prezident aparatı rəhbərinin müavini Viktor Dallakyan yaradır.
"Dallakyan prezidentin yeni aparat rəhbərinin əməkdaşlara təqdim olunduğu müşavirədə iştirak etsə də, ancaq onun tərəfdaşlarının iddiasına görə, tərəddüd etmədən Respublikaçılar Partiyasına qarşı çıxacaq. 

Bu, o zaman baş verəcək ki, Seyran Ohanyan bunun üçün son qərarını açıqlayacaq”, - yazıda vurğulanır.
Nəşrin məlumatına görə, belə fikir dolaşır ki, "Şrdjadardz” partiyası Rusiyadakı mənbələrdən maliyyələşdiriləcək. Bu sırada ilk qaranquş kimi yaxınlarda fəaliyyətə başlayan politinfo.am saytı göstərilir.
.