ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 104,78 ABŞ dollarından 104,21 dollaradək endirib.

 ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2023-cü ildə neftin qiyməti 96,91 dollar təşkil edə bilər, bu da iyulda verilən proqnoz göstəricidən 1,78 dollar çoxdur.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98,07 dollar (öncəki proqnoz – 98,71 dollar), 2023-cü ildə isə 90,91 dollar (öncəki proqnoz – 89,13) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent" markalı etalon neftin orta qiyməti 70,89 dollar, WTI neftimim qiyməti isə 68,21 dollar təşkil edib.

.