ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır.

Bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın aprel ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2027-ci il üçün neft hasilatı proqnozu qurumun mart proqnozu ilə müqayisədə eyni qalıb.

Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da mart ayında verilən proqnozla müqayisədə eynidir.

2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.

Agentlik, həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın aprel ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 540 min barel olub.

Bu ilin birinci rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Bu, martda verilən proqnozla müqayisədə eynidir.

Bu ilin ikinci rübündə sutkada neft hasilatı 540 min barel olacaq ki, ötən ay verilən proqnoz da eyni olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 530 min barel olacağı gözlənilir ki, martda həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.

.